Maşallah Əhmədovun məhkəməsində əlbəyaxa dava

25.11.2016 | 5155 dəfə oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Stadium.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, M. Əhmədovla aralarında heç bir razılaşma yoxdur. Y. Əzizov məhkəmədən M. Əhmədova ağlr cəza verilməsini xahiş edib.
 
M. Əhmədov isə zərərin ödəniləcəyini deyib.
 
M. Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.
 
Daha sonra M. Əhmədovla digər zərərçəkmiş Sərxan Hüseynov arasında əlbəyaxa dava düşüb.
 
Proses dekabrın 2-də davam etdiriləcək.
 


Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail