"Futbolda yaxşı oyuna görə xal verilmir"

26.11.2016 | 5624 dəfə oxunub

Topaz Premyer Liqasının XIII turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlıqlarını davam etdirir. 

Stadium.az-ın məlumatına görə, komandanın üzvü Vüqar Bəybalayev paytaxt təmsilçisi ilə oyun öncəsi klubun saytına fikirlərini bölüşüb:

“Komandamız var gücü ilə qarşıdakı oyuna hazırlaşır. Fikrimiz qələbə qazanmaqla azarkeşləri sevindirməkdir. Sonuncu oyunda da xal qazanmağa yaxın olduq, “Qarabağ”a qarşı matçın ikinci hissəsində yaxşı çıxış etdik. Amma futbolda yaxşı oyuna xal verilmir. Son görüşlərdə qələbə qazana bilmirik, bu vəziyyət bizi də narahat edir. Özümüz də oyunları təhlil edirik. Onu da deyim ki, zədəlilərlə cəzalılarımız da çox olur. Meydana optimal heyətlə çıxa bilmirik. Bu da nəticəyə öz mənfi təsirini göstərir. Heyətlə bağlı vəziyyət yavaş-yavaş düzəlir. Ona görə də “Neftçi” ilə qarşılaşmada məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram. Qazanacağımız qələbə xal ehtiyatımızı artırmaqla yanaşı, turnir cədvəlində mövqeyimizi də yaxşılaşdıra bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail