“Mən 2005-ci ildəki Şahin Diniyev deyiləm”

27.11.2016 | 5064 dəfə oxunub

“Meydança çox ağır idi. Belə şəraitdə oynamaq çətindir. Texnikalı oyun göstərmək olmur. Ağır qarşılaşma alındı. “Neftçi” də müqavimət göstərdi. İlk 5 dəqiqəni çıxmaq şərti ilə taktiki baxımdan ağıllı oynadıq və layiqli qələbə qazandıq”.

Stadium.az-ın futbolxeber.az-a istinadən yaydığı məlumata görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 13-cü turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonda deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün qələbədən zövq ala bildiniz?

- Zövq almaq çətindir. Heyətimiz, büdcəmiz kasaddır. Son oyunlara itkilərlə çıxırıq. Bu gün futbolçular meydanın hər qarışı uğrunda mübarizə apardılar. Onların gözündə istəyi gördüm. Bu gün bizim üçün vacib, 6 xallıq oyun idi. Bu, başlanğıcdır. Sabit oyun göstərə bilmirik. Çalışacağıq ki, qış fasiləsinə qədər maksimum nəticə qazanaq. Ötən tur “Qarabağ”a qarşı da pis oynanamamışdq. Hər dəfə fərqli heyətlə oynadığımızdan çətinlik çəkirik.

- Bu günlərdə baba olmusuz. Deyə bilərik ki, nəvənizin ayağı sizə və komandanıza düşərli oldu?

- Yeni Şahin Diniyev gəlir. Arzulayıram ki, nəvəmin həyatı mənimkindən pis olmasın. Komanda bu gün məni sevindirdi. Buna görə çox şadam. Qalib gələ bilməsəydik, sevinə bilməzdim.

- Oyundan əvvəl “Kəpəz” qalib gəlməsə, Şahin Diniyev istefaya göndəriləcək” xəbərləri yayılmışdı. Həqiqətən bu, “Kəpəz”dəki son oyununuz ola bilərdi?

- Mən 2005-ci ildəki Şahin Diniyev deyiləm. Rəhbərliyin hər qərarına hörmətlə yanaşıram. Allahım şahiddir ki, işimdə təmizəm. Gəncə azarkeşləri çox şey istəyirlər. Bunda haqlıdırlar. Onlar hər oyunda komandanı dəstəkləyirlər. İşimi itirməkdən qorxmuram. Futboldan kənar amillərə fikir versəm, işləməyə dəyməz.

- “Neftçi”nin hazırkı vəziyyəti futbol adamı kimi sizi narahat edir?

- Narahat edir. “Neftçi” artıq çətinlikləri arxada qoymalıdır. Amma bu proses uzanır. Komandada oyun nizam-intizamı var. Bəzi məqamlar var ki, klubun içində olanlar daha yaxşı bilir. İnanıram ki, “Neftçi” tezliklə bu vəziyyətdən çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail