"Qarabağ" - "Qəbələ" - 40-cı duel

28.11.2016 | 5841 dəfə oxunub

Topaz Premyer Liqasında XIII tur mərkəzi oyunla tamamlanacaq. Noyabrın 29-da keçiriləcək qarşılaşmada çempionatın liderləri “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək. UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçıları qış çempionunun müəyyənləşməsi baxımından çox böyük əhəmiyyətə malik duelə çıxacaq. Bakıdakı “Azərsun Arena”da baş tutacaq qarşılaşmada komandalar tarixlərində 40-cı dəfə üz-üzə gələcək.

Yubiley duelinin iştirakçıları 58 gündən sonra yenidən münasibətlərini aydınlaşdıracaq. Oktyabrın 2-də Qəbələdəki görüşdə 2 cavabsız qolla qalib gələn “qırmızı-qaralar” məhz həmin qələbə sayəsində şəxsi oyunlardakı üstünlüklə Premyer Liqanın lideridir.

Ümumilikdə isə rəqiblər ilk dəfə 2006-cı il avqustun 20-də qarşılaşıb. 10 il ərzində “Qəbələ” və “Qarabağ” 33 dəfə Premyer Liqada, 6 dəfə Azərbaycan kubokunda üz-üzə gəliblər. Baş tutan matçlarda “Qəbələ” 9, “Qarabağ” 15 qələbə qazanıb. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, yubiley – 10-cu qələbəni qeyd edəcək. Digər 15 matçda isə heç-heçə qeydə alınıb. 84 qolun vurulduğu duellərdə “qırmızı-qaralar” 36, “ağ-göylər” 48 dəfə fərqlənib.

Premyer Liqadakı 33 matçda isə 75 top vurulub. 8 qələbəsi olan “Qəbələ” 31, 15 dəfə 3 xal qazanan “Qarabağ” 44 dəfə rəqib qapısına yol tapıb. 10 matçda isə hər komanda 1 xal əldə edib. Komandalar 20-ci dəfə “Qarabağ”ın qonağı olacaq “Qəbələ” səfərdə 4 qələbə əldə edib. “Qırmızı-qaralar” rəqib meydanında 7 heç-heçə edib və 8 dəfə uduzub. Meydan sahiblərinin 21 qoluna komandamız 17 dəfə cavab verib.

“Qəbələ”nin “Qarabağ”la matçlardakı ən məhsuldar futbolçusu Dododur. Braziliyalı rəqib qapısına 5 top vurub. Viktor Mendi isə ağdamlıları 4 dəfə məyus edib. 4 oyunçumuz - İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov və Sergey Zenyov isə bu duellərdə hərəyə 2 dəfə fərqləniblər. 18 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıbsa, bir dəfə də rəqib oyunçu – Namiq Ələsgərov avtoqol müəllifi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail