"Polis davaya səbəb olacaq cəhdlərin qarşısını alıb" - "Kəpəz"dən bəyanat

29.11.2016 | 3480 dəfə oxunub

“Kəpəz” Peşəkar Futbol Klubu (PFK) Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” oyununda baş verənlərlə bağlı bəyanat yayıb.

Stadium.az-ın klubun saytına istinadən xəbər verir ki, bəyanatda deyilir:
 
“Kəpəz” PFK-nın rəhbərliyi bəyan edir ki, oyun zamanı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə polis tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yerli azarkeşlərə yaxın yerdə oturan qonaq klubun nümayəndələrinə polis əməkdaşları tərəfindən onlar üçün ayrılmış və daha ciddi mühafizə olunan SKY BOX-a və ya digər tribunaya keçmələri tövsiyə olunub. 
Bundan başqa, oyundan sonra “Neftçi” klubunun futbolçularının yuyunması üçün isti suyun olmaması barədə deyilənlər həqiqətə uyğun deyil. Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən stadionun ərazisində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Əgər belə olmasaydı, səfər matçı üçün Gəncəyə gələn qonaq azarkeşlərlə “Neftçi” rəsmiləri və futbolçuları arasında yaranacaq qalmaqalın qarşısı vaxtında alına bilməzdi. Məhz polis əməkdaşlarının sayəsində davaya səbəb ola biləcək bütün cəhdlərin qarşısı alınıb. Onu da bəyan edirik ki, Mehman Allahverdiyev (“Neftçi” tərəfindən kluba göndərilən məktub onun adına ünvanlanıb) bu il sentyabrın 22-dən etibarən klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və bu post Cabir İbrahimova tapşırılıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail