Roman Qriqorçuk: " Top üzə dəyəndə penal verirlər?"

29.11.2016 | 3712 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu gün Topaz Premyer Liqanın 13-cü turunun “Qarabağ”a qarşı oyunundan (1:2) sonra mətbuat konfransı keçirib.

Stadium.az-ın xəbərinə görə, o bildirib ki, bu gün hər iki komandanın ifasında yaxşı oyun izləyiblər: “Amma ötən il də demişdim, indi yenə təkrar edirəm, bu il də hakimlərin haqsızlığı ilə üzləşdiyimizi görürük. Biz hər zaman komandamızı müdafiə etməliyik. Mənim istəyim evə getməkdi. Burda qala bilmirəm. Amma futbolçularımı belə psixolji durumda qoyub gedə bilmərəm. Dediklərim “Qarabağ”a aid deyil. Onların çox yaxşı baş məşqçiləri var. “Qarabağ” yaxşı komandadır”.

R.Qriqorçuk görüşün baş hakimi Rəhim Həsənovun 86-cı dəqiqədə qapılarına penalti təyin etməsinə də toxunub: “Fikrimcə, ümumilikdə Azərbaycan hakimləri işini yaxşı bacarır. Amma necə ola bilər ki, futbolçunun üzünü top dəyəndə penalti verirlər? Bunu başa düşə bilmirəm”.

R.Qriqorçuk “Son dəqiqədə komandanı meydandan çıxarmaq istəyirdiniz?” sualına belə cavab verib: “Sadəcə istədim ki, futbolçularım münaqişəyə qoşulmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail