Rəşad Sadiqov: "Paçan"dır da, belə adamları döyərlər, yeri gəlsə, öldürərlər"

30.11.2016 | 3904 dəfə oxunub

"Çempionatın lider komandaları oynayırdı. Matçın bu qədər dramatik olacağını gözləmirdik. Sadəcə hakim bütün oyunu korladı. Belə penalti verməzlər. Penaltini verəndən sonra yan hakimdən soruşur ki, harasına dəydi? Sən bunu görməmisənsə, necə penalti verirsən? Futbolçumuz ağzın da göstərdi, qan idi. Ağzına dəymişdi. Belə oyunlardan sonra çempionluq əldən gedir. Bundansa 7 komanda oynayaq, Avropa Liqası üçün mübarizə aparaq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"a 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin futbolçusu Rəşad Sadıqov oyundan sonra jurnalistlərə açıqlama verərəkən deyib. Sadıqov "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyevlə arasında yaşanan mübaisədən bunları deyib:

"Dünənki uşaqdır, qolu vurmusunuz, gedin qıraqda sevinin də. Dönüb bizim tərəfə jest edir. Mən də yaxınlaşdım ki, nə edirsən. Sözümü dedim, itələdim də. Bizim futbolçulara acıq vermək istər-istəməz qıcıq yaradır. "Paçan"dır da, belə adamları döyərlər, yeri gəlsə, öldürərlər. Uşaqdır, yerini bilməlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail