Rəşad Abdullayev: "Ümid edirəm, bu dəfə cəzam yüngülləşər"

14.11.2011 | 5957 dəfə oxunub

"Neftçi"nin futbolçusu Rəşad Abdullayev AFFA-nın Apellyasiya və Ekspert komitəsinin qərarına münasibət bildirib. Stadium.az xəbər verir ki, yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında qərarın ağır olduğunu vurğulayıb: 

"Məncə qərar bir qədər ağır oldu. Biz daha əvvəl də belə hallara rast gəlmişik. Bir neçə dəfə olub ki, futbolçuların cəzası sonradan Apellyasiya və Ekspert komitəsində yüngülləşdirilib. Ümid edirdim ki, mənə də güzəşt olunacaq. Ən azı yığmaya namizəd futbolçuyam. Üstəlik hamı da gördü ki, rəqib futbolçu ilə həmin epizoddan dərhal sonra qucaqlaşıb, bir-birimizin əlini sıxdıq.

Qalan dəqiqələrdə də Şəhriyar Xəlilovla aramızda heç bir insident olmadı. Bundan başqa, klubum tərəfindən də cəzalandırılmışam və həmin cəza ilə razıyam. Gərək, bunlar nəzərə alınaydı. Apellyasiya ve Ekspert Komitəsinə yenidən müraciət edəcəm. Ümid edirəm, bu dəfə cəzam yüngülləşər. Onu da demək istəyirəm ki, futbolçu karyeramda ilk dəfədir belə halla rastlaşıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail