"Qəbələ"nin ilk və 16-cı rəqibi

03.12.2016 | 3383 dəfə oxunub

“Qəbələ” sabah Azərbaycan kubokunun 1/8 finalında I divizion təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, Qəbələdə keçiriləcək oyun komandanın debütantla ilk görüşü olacaq. Bunadək kubok matçlarında 15 komanda ilə üz-üzə gələn “Qəbələ” özünün 16-cı rəqibini sınağa çəkəcək.

Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 12-ci dəfə bu yarışın start xəttinə çıxır. 11 mövsümdən birində finala (2013/2014) üçündə yarımfinaladək (2007/2008, 2008/2009, 2015/16) irəliləyən “qırmızı-qaralar” 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıbsa, 3 dəfə 1/8 final səddini adlaya bilməyib. Bu, 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində yaşanıb.
Ölkə kubokunda indiyədək 47 oyun keçirən “Qəbələ” 22 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və yalnız 9 dəfə uduzub. Turnirdə 74 qol vuran komanda “Zaqatala”nın qapısına 1 dəfə yol tapsa, bu, yubiley topu olacaq.

Bu 47 qarşılaşmada “Qəbələ”nin heyətində 160 futbolçu meydana çıxıb. Komandanın rekordçusu Samir Zərgərovun hesabında 18 oyun var. Dodo 15, Viktor Mendi və Azər Həşimov hərəyə 13 kubok matçında forma geyiniblər. İndiki heyətdən Ürfan Abbasov hamıdan öndədir – 12 oyun. Elvin Camalovla Rafael Santos “Qəbələ”də 10-cu kubok oyununu sabah keçirə bilər. Bunun üçün onların meydana çıxması kifayətdir. Kubokda vurulan 74 qola 43 futbolçu və avtoqol müəllifi olan 1 rəqib oyunçu imza atıb. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimovdur – 7 qol. Vüsal Qarayev 5, Aleksey Qay, Viktor Mendi ilə İbrahim Hüseynov hərəyə 4 dəfə fərqləniblər.

“Zaqatala” ilə oyun baş məşqçi Roman Qriqorçuk üçün də əlamətdar olacaq. Ukraynalı mütəxəssisin bu vəzifəyə təyinatından sonra “Qəbələ” 100-cü – yubiley matçını keçirəcək. İndiyədək 99 qarşılaşmada komandaya rəhbərlik edən Qriqorçuk üç turnirdə iş başında olub. Bunların 65-i Premyer Liqa, 27-si Avropa Liqası, 7-si ölkə kubokuna təsadüf edib. Onun komandası 46 qələbə qazanıb, 26 heç-heçə edib və 27 dəfə uduzub. 146 qolun sevincini yaşayan mütəxəssis 89 buraxılan qola üzülüb.

Xatırladaq ki, “Qəbələ” ötən mövsüm də kuboka dekabrın 3-də start verib. Həmin gün 1/8 final mərhələsinin “Mil-Muğan”la oyununda “qırmızı-qaralar” 7 cavabsız qol vurub.



  #1   Adınız: sahib;   E-mail: [email protected]

03.12.2016 15:32

qebelenin oyununu ce bir canal gorsetmeyecek

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail