Şahin Diniyev kubok qələbəsini dəyərləndirib

04.12.2016 | 3875 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 finalında birinci divizion təmsilçisi “Şahdağ”a 5:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini açıqlayıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Diniyev oyun barədə belə danışıb:

“İlk yarıda rəqibə təzyiq etdik ki, bizə lazım olan hesabı təmin edək və sonra rahat oynayaq. Bu matçda Premyer Liqada oynamayan, əvəzedici heyətdən çağırdığımız futbolçuların çıxış etməsini istəyirdim. Gəncə futbolunun inkişafı üçün o gənclər indidən yavaş-yavaş öyrənməlidirlər. Çempionatda onları oynatmaq çətin olur, amma zaman-zaman belə imkan yaradırıq”.

Ş.Diniyev komandasının qələbəyə layiq olduğunu söyləyib: “Oyunun asan keçməsində oyunçularımızın rolu var. Hər bir görüşə ciddi yanaşmaq lazımdır, bu gün biz də elə etdik. Kubok Avropaya çıxış üçün qısa yoldur. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail