"Qarabağ"ın futbolçusu qəza törətdi - körpə öldü

08.12.2016 | 4539 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib. Stadium.az xəbər verir ki, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib.

Belə ki, Balayev idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub. "Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir.

Emil Balayev "Neftçi", "Sumqayıt", "Mil Muğan" kimi klublarda çıxış edib. O, 2015-ci ildə Almaniyanın "Ayntraxt" klubuna keçsə də, bir il sonra Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb.

***

Qəzayla bağlı daha ətraflı xəbər yayılıb.

Bildirilir ki, 6 aylıq körpənin ölümü, onun valideynlərinin isə xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qəzada iştirak etmiş "BMW"ni idarə edən futbolçu Emil Balayevin atası Nazim Balayev açıqlamasında bildirib ki, hadisəyə qanun çərçivəsində qiymət veriləcək: "Hadisə Emil məşqə gedərkən, "Qarabağ"ın stadionuna təxminən 500 metr qalmış baş verib. Emilin maşınının tini həmin avtomobilə arxadan dəyib. O da sürüşərək ağaca çırpılıb. Bu zaman arxa oturacaqda oturmuş qadının qucağındakı uşaq əlindən çıxıb. Emil özü dərhal təcili tibbi yardım çağırıb, bütün köməklikləri göstərib. Uşağı birgə xəstəxanaya aparıblar. Qəzadır, burda heç bir qəsd, pis niyyət olmayıb, hər kəsin başına gələ bilər. Fakta görə qanuna müvafiq qərar qəbul ediləcək, Ekspertizalar təyin ediləcək".
 
Futbolçunun atası əlavə edib ki, zərərçəkən şəxslərlə əlaqə saxlayıb və bir azdan yenidən onlara baş çəkəcək: "Onlar da çox anlayışlı, yaxşı insanlardır. Şikayətçi olmadıqlarını bildirdilər, hər kəsə məlumdur ki, bu, arzulanmayan bir qəzadır".



  #2   Adınız: Düecaz;   E-mail: afz

08.12.2016 20:24

sfdvZYUB

  #1   Adınız: NİCAT;   E-mail: [email protected]

08.12.2016 20:23

ALLAH REHMET ELESİN O USAQA. EMİL BABAYEV SENDE NARAHAT OLMA İNSALLAH HECNE OLMAAZ

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail