Şahin Diniyev: "Qış havası ilə yanaşı, həm də yaxşı futbol havası idi"

18.12.2016 | 3703 dəfə oxunub

 “Qış havası ilə yanaşı, həm də yaxşı futbol havası idi. Elə meydanda da maraqlı oyun oldu. Hər iki komanda bir-birinə layiq futbol göstərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç oldu, heç kim müdafiədə oturmadı. Sadəcə, ikinci qolda mövqe səhvi buraxmağımız bizi xaldan etdi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer  Liqanın 14-cü turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Diniyev daha sonra belə danışıb:

"Rəqibə uğurlar arzu edirəm, öz komandamın da oyunundan razıyam. İlk 12-15 dəqiqəni saymasaq, qalan vaxtda komanda öz oyununu göstərə bildi. İlin son oyunu kubok matçı olacaq. Bu görüşə ciddi hazırlaşacağıq, asan qarşılaşma olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail