Prosineçkinin kirayə qaldığı evin yiyəsi pulunu istəyir

20.12.2016 | 3059 dəfə oxunub

Serbiyanın “Srvena Zvezda” klubunun bank hesabları bağlanılıb. Stadium.Az xəbər verir ki, buna millimizin baş məşqçisi Robert Prosineçkinin  “Srvena Zvezda”nı çalışdırdığı dövrdə Belqradda qaldığı evin kirayə haqqının klub tərəfindən ödənilməməyi səbəb olub.

R.Prosineçki həmin evdə 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək yaşayıb. Bu müddətdə evin kirayə haqqı üst-üstə 37 min avro təşkil edib.

Klubun maliyyə direktoru Stefan Pantoviç məlumatı təsdiqləyib. O bildirib ki, Prosineçkinin vaxtilə yaşadığı evin sahibinə olan borc qısa zamanda ödəniləcək:

“Mətbuatda yayılan bizim üçün yeni və təəccüblü xəbər deyil. Bu, iqtisadi durumumuzla bağlıdır. 2 il əvvəl 100 məhkəmə işimiz var idi. İndi isə 20 belə işimiz qalıb”.
 
Prosineçki 2010-2012-ci illər ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail