Emin İmaməliyev: "Futbol üçün çox darıxmışam"

16.11.2011 | 6938 dəfə oxunub

“Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Emin İmaməliyev uzun müddətdi yaşıl sahələrdən uzaq qalıb. Stadium.az xəbər verir ki, avqustun 21-də “Kapəz”lə oyunda sıradan çıxan 31 yaşlı futbolçu sonradan məşqlərin birində yenidən zədələnmişdi.

Uzun müddətdi müalicə olunan futbolçu son müayinə üçün Türkiyəyə yollanmışdı. İstanbuldan gələn cavab sevindiricidi. Emin bu barədə klubun rəsmi saytına danışıb:

“Gəncədə qasıq nahiyəmdən zədələnmişdim. Bəxtsizlikdən məşqdə yenidən aldığım zədəni ağırlaşdırdım. Məşqlərə başlasam da, bir problemimin qalmaması üçün Türkiyəyə yollanıb daha bir müayinədən keçdim. Şükürlər olsun ki, hər şey yaxşıdı. Zədəm tam sağalıb. Sadəcə özümü bir qədər yüklənmədən qorumalıyam. Hardasa, 10-12 gün hazırlıqdan sonra hazır olacam. Əgər hər şey yaxşı olsa noyabrın 30-da “Sumqayıt Şəhər”lə baş tutacaq kubok oyununda meydanda ola biləcək duruma gələcəm. Uzun müddətdi futboldan kənar düşmüşəm. Futbol üçün çox darıxmışam. Tez bir zamanda meydana çıxmaq istəyirəm. İnanıram ki, ən yaxşı formamı yığıb komandama kömək edə biləcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail