"Zirə" də Antalyaya gedir

05.01.2017 | 3091 dəfə oxunub

“Zirə” Premyer Liqanın ikinci hissəsinə hazırlığa start verib. Stadium.Az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. 

Paytaxt klubu yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan (saat 14:00) sonra komanda bir günlük istirahətə buraxılacaq.

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin 2-ci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

"Zirə" Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək komanda Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail