Ağabala: "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq"

07.01.2017 | 3391 dəfə oxunub

"Qarabağ"ın yeni transferi Ağabala Ramazanov komandanın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və ilk məşqinə çıxıb. 
Stadium.Az xəbər verir ki, bu sözləri Ağabala  “Qarabağ”a  keçidi və ilk məşqi haqda klubun rəsmi saytına açıqlama verib. 

"Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var. Bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu  tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".
 
Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqda da danışıb: "Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermek üçün əlimdən gələni edəcəm".
 
Gənc hücumçu  azarkeşlər haqda danışmağı da unutmayıb: "Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail