Elşən Abdullayev: "Əsas heyətə düşmək özümdən asılıdır"

09.01.2017 | 2752 dəfə oxunub

“Qarabağ”a gəlişim qısa zamanda baş verdi, “Neftçi” ilə müqaviləm bitmişdi, həmin vaxt təklif gəldi və mən də dəyərləndirdim”. Stadium.Az xəbər verir ki, bu sözləri ağdamlıların yeni transferi Elşən Abdullayev deyib.

Qış transfer pəncərəsində “Neftçi”dən ayrılan və “Qarabağ”la anlaşan yarımmüdafiəçi keçidi haqqında danışıb: “Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var, hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, uyğunlaşmaqda bir problemim olmayacaq”.

Abdullayev komandadakı rəqabətdən çəkinmədiyini də bildirib: “Əlbəttə çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdır. İnanıram ki, hər şey istədiyim kimi alınacaq”. 

Yeni transfer komandanın hədəflərindən də danışıb: “Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Bütün rəqiblərimizə hörmətlə yanaşsaq da, inanıram ki, növbəti çempionluq gələcək”.

Elşən Abdullayev ağdamlı azarkeşlər haqqında da öz fikirlərini bildirib: “Azarkeşlər hər zaman komandanın daha güclü olmasını, daha baxımlı futbol görmək istəyirlər. Ümid edirəm ki, onlar toplanışdan sonra güclü “Qarabağ” izləyəcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail