Samir Abbasov: "Uşaqlar çox yükləndilər"

21.01.2017 | 4151 dəfə oxunub

“Antalyada yaxşı məşqlər keçdik. Toplanışı qənaətbəxş hesab etmək olar”. Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib. 

O, klubun saytına açıqlamasında komandasının Antalya toplanışını dəyərləndirib: “Hər 3 gündən bir yoxlama oyununa çıxdıq. 3 sınaq matçımız oldu. Antalyaya az oyunçu ilə gəlmişik. Ona görə də uşaqlar çox yükləndilər. Ancaq elə istədiyimiz də o idi ki, əsas heyət üzvləri daha çox güc sərf etsinlər. Yaxşı rəqiblərlə qarşılaşdıq. Deyə bilmərəm ki, futbolçulardan istədiklərimi tam aldım. Çatışmazlıqlarımız var. Onları da çempionat oyunlarında aradan qaldıracağıq. Oyunçu çatışmazlığımız da var. Təsəvvür edin ki, daima sol cinahda oynayan futbolçunu ortada oynamağa məcbur edirik. Bu da  futbolçuya ağır gəlir. Biz də onu başa salmaq üçün həddindən  çox hirslənirik. Futbolçularımız əllərindən gələni edirlər. Həqiqətən də çox ağır şəraitdə məşqlər edirik. Bəlkə də, yoxlama oyunlarında məğlub olmağımızın səbəbi yorğunluqdur. Çətin olanları yerinə yetirdik, ümid edirəm ki, bəhrəsini çempionatda görə biləcəyik".

“Sumqayıt” bu gün Antalya toplanışı başa vuraraq vətənə qayıdacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail