Samir Abbasov: "Heç-heçəyə görə sevinmirəm"

04.02.2017 | 4157 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 16-cı turunda "İnter"lə oyundan (2:2) sonra mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir ki, Abbasov qarşılaşma haqda fikirlərini bildirib.

- Maraqlı oyun izlədik. "İnter"lə oynamaq bizə həmişə çətin olur. Etiraf edim ki, heç-heçəyə görə sevinmirəm. Bərabərliklərlə uzağa getmək olmaz.
 
- Nəticəni məntiqli sayırsız?

- Nəticə ədalətlidir. Sadəcə, evdə oynadığımızdan qalib gəlmək istəyirdik.
 
- Səmimi deyin, 1:2-dən sonra oyunun getdiyini düşündünüz?

- Etiraf edim ki, əlimi oyundan üzmüşdüm.
 
- Deyirsiz maraqlı oyun oldu. Ancaq oyunda sürət yox idi axı. Siz tapşırmışdız oyunu qurutsunlar, yoxsa futbolçularınız rəqibin ad-sanından çəkindi?

- Razılaşıram. Futbolçulara tempi aşağı salmaq tapşırığı verməmişdim. Çernışovun sürətinə güvənirdim. O da məşqdəki futbolu ortaya qoymadı. Əvəzetmədən oyuna daxil olanlar isə bəlkə də rəqibin adından çəkindi.
 
- Fərhad Vəliyevin oyununu şərh edərdiniz...

- Fərhadda yerdən-göyə qədər razıyam. Oyunda da, paltardəyişmə otağında da, o, komandanın lideridir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail