Zaur Svanadze: "2 xaldan məhrum olduq"

04.02.2017 | 4067 dəfə oxunub

"Ümumilikdə, futbolçulardan razı qaldım. Hər komanda məzmunlu futbol sərgilədi. Təəssüf ki, son dəqiqələrdə qol buraxıb, 2 xaldan məhrum olduq. Futbolda bu cür hallar olur. Növbəti oyuna hazırlaşacağıq".

Stadium.Az xəbər verir ki, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 16-cı turunda "Sumqayıt"la oyundan (2:2) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- İki fərqli hissə izlədik. İlk yarıda hücumlarınız uğurlu alınmırdı. Fasilədən sonra isə komandanız aktivləşdi. Bunu rəqibin yorğunluğu, yoxsa Slavik Alxasovun döyüşə atılması ilə əlaqələndirirsiniz?

- Fasilədə uşaqlara artıra biləcəklərini dedim. Tempi ikinci hissədə artırdıq. Slavik də oyuna yaxşı qoşuldu.
 
- "Sumqayıt" 6-cı oyundu ki, məğlub olmur. Təcrübəli mütəxəssis kimi, bunu nəylə əlaqələndirərsiniz?

- Məşqçi əli ilə. Futbolçuları sonadək mübarizə aparır. Bu vəhdət də faydasını verir.
 
- Ağabala Ramazanovun gedişindən sonra cinahdakı aktivlik azalıb. Bu da Rauf Əliyev üçün boş zonaların yaranmasında problem yaradır. Forvardınızı "öz boşqabına" qaytarmaq üçün hənsısa təblər var?

- Fikrinizlə ancaq qismən razılaşıram. Çünki Əliyev qış fasiləsindən sonrakı 2 oyunda 2 qola imza atıb. Əlbəttə, səhvlər olur. Ancaq Rauf bütün oyunlarda döyüşür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail