Ayxan Abbasov: "Məşqçiliyə başlayanda özümə söz vermişəm ki"

04.02.2017 | 3370 dəfə oxunub

“Belə ağır oyundan sonra danışmaq çətindir. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız işimizi çətinə saldı. Bilirdik ki, “Kəpəz” son məğlubiyyətdən sonra bizimlə oyuna ciddi yanaşacaq”.

Stadium.Az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 16-cı turunda “Kəpəz”ə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

- Bu matç 6 xallıq oyun idi. “Kəpəz”lə xal fərqini bir az da artırdıq. Bu komandayla oyun həmişə çətin keçir. Keçən dəfəki oyunda da qırmızı vərəqələr olmuşdu. Futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Oyunçulara da komandada əzmkarlığı artırmaq lazım olduğunu demişəm.

Rəhbərliyiniz altında "Zirə" hər iki oyunda qələbə qazandı

- Bu oyun səfərdə olmalıydı. Düzü, iki oyuna 6 xal fikirləşməmişdik. 4 xal planlaşdırmışdıq. Futbolçularda ardıcıl məğlubiyyətlərdən sonra psixoloji cəhətdən gərginlik yaranmışdı.
 
- Yeni transferlərdən razı qaldınız?

- Yeni transferləri bir qədər gec etdik. Çünki onların müqaviləsi var idi. Onları bir həftəyə seçməmişik. Bir aydı ki, onları izləyirdik. Hələ tam uyğunlaşmayblar. Bugünkü oyunlarından razı qaldım.
 
- Bu gün Bəxtiyar Soltanov stadionda idi. Onun komandaya qoşulması mümkündür? 

- Bəlkə “Kəpəz”ə görə gəlib. Ancaq onun mövqeyində oyunçularımız var. Buna görə, onunla maraqlanmırıq.
 
- Bəs sizdə hansı mövqeyə oyunçu lazımdı? 

- İstəyərdim ki, dayaq yarımmüdafiəçisi transfer edək. Çünki bu mövqedə üç oyunçumuz var. Hansısa zədə, sarı vərəqə olsa, çətinlik çəkə bilərik.
 
- Bu gün oyunun “qəhrəman”ı hakim idi. Onun qərarlarıdan razı qaldınız? 

- Məşqçiliyə başlayanda özümə söz vermişəm ki, hakimlik barədə danışmayacam. Məncə, qırmızı vərəqə haqlı idi. Fikrimcə, bu gün hakimlərin üzərinə çox düşmüşük. Hakimlər də insandır, səhv edə bilər. Oyunçular hər epizoddan sonra danışırdı. Belə olmamalıdır. Bu barədə özlərinə də demişəm.
 
- Bu cəhətdən Anar Nəzirov fərqlənirdi... 

- Bu barədə onunla danışacam. Qapıçı daha səbirli olmalıdır. Ancaq onun oyunundan razı qaldım.
 
- “Zirə” və “Kəpəz” arasında nə baş verir? Ötən oyunlarda da bu cür qalmaqallar olmuşdu...

- Rəqib komandanın baş məşqçisinə hörmətim var. Ancaq meydandan kənarda “Kəpəz”lə aramızda heç bir problem yoxdur. Ola bilsin, ancaq rəqabətdən qaynaqlanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail