"Kəpəz"də yeni futbolçu

07.02.2017 | 4226 dəfə oxunub

“Kəpəz” bir müddət komandanın heyətində baxışda olmuş Əli Nurini sıralarına qatıb. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi mövqeyində oynayan Nurinin 21 yaşı var.

O, Gəncə klubunda 68 nömrəli formada çıxış edəcək. Əli “Zirə” və “Kəpəz”in əvəzedici komandaları arasında keçirilən oyunda “sarı-göylər”in heyətində debüt edib. Futbolçu əsas komandaların matçında isə “18-lik”də yer alıb.

 Nizami yurdunun təmsilçisi ilə mövsümün sonuna kimi müqavilə bağlayan Əli Nuri komandaya keçidi ilə bağlı klubun saytına açıqlama verib: ““Kəpəz” ailəsinin bir üzvü olduğu üçün sevinirəm. Böyük tarixi olan kluba keçmişəm. Mənə etimad göstərən, inanaraq komandaya cəlb edən baş məşqçimizin ümidlərini doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in uğur qazanmasına yardımçı olmaqdır. Komandamızın böyük azarkeş ordusu var, onların sevgisini qazanmaq istəyirəm”.

Nuri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail