"Baş məşqçinin də istəyi daim total şəkildə rəqibə təzyiq etməyimizdi"

08.02.2017 | 4031 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVII turunda AZAL-ı qəbul edən “qırmızı-qaralar” 2:0 hesablı qələbəyə seviniblər. Stadium.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk cəzalı olduğundan, komandanı meydana Sənan Qurbanov çıxarıb.

Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurbanov qələbəni şərh edib:

“Çempionatda artıq bütün komandalar həm sürətli futbol oynayır, həm də müdafiədə kompakt şəkildə çıxış edə bilirlər. Biz də topa daha çox sahib olub dominantlıq etmək istəyirik. Bəzən alınır, bəzən isə çox istədiyimizdən problemlərlə üzləşirik. Ümumilikdə götürsək, komanda təzyiq yarada bilir.

Baş məşqçinin də istəyi daim total şəkildə rəqibə təzyiq etməyimizdi. Tez qol vurmağa çalışırıq. Buna nail olmadıqda futbolçularda bəzən psixoloji gərginlik yaranır. Hər şeyə rəğmən bu gün çox vacib 3 xal qazandıq. Buna çox ehtiyacımız var idi. AZAL-ın “Qarabağ”la son matçını təhlil etmişdik. Həmin matçda həm müdafiə olunmaqda, həm də sürət baxımından çox inamlı təsir bağışlamışdılar. Bu gün də bunu gördük”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail