Elxan Abdullayev: "Praktika baxımdan problemi var"

09.02.2017 | 4722 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 17-ci turunda  “İnter”lə oyundan (3:1) sonra mətbut konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamı təbrik edirəm. Bu 3 xal bizə çox lazım idi. Yeni ildən sonrakı ilk iki görüşdə qələbə qazana bilməmişdik. İlk hissədə erkən qol vursaq da, bir ara problem yaşadıq. Amma ikinci hissədə gözəl futbol oynadıq. Hücumçularımızın qol vurmasına çox sevindim. Potensialımız var, daha yaxşı oyun göstərmək olar.

- Bu oyunla 4-cü pilləyə qalxmaq perspektiviniz nə qədərdir?

- Fasilədən əvvəl futbolçularıma deyirdim ki, nə vaxtsa itirilən xallar bizə lazım olacaq. 3 xala görə vuruşacağıq. Biz öz oyunumuzu göstərib qələbələrimizi qazanmağa çalışacağıq.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?

- Çətin oyun olacaq. Amma qələbə qazanmağa çalışacağıq.

- Düşünmək olarmı ki, “Neftçi” tamamilə dəyişib?

- Bəli, çox dəyişib. Futbolçular özlərinə inamlı çıxış edirlər. Buraxılan qola görə qapıçımızı qınamıram. Çoxdandı oynamır, praktika baxımdan problemi var. Təəssüf ki, mövsümün əvvəlində bu heyətlə oynamırdıq.

- Bugünkü “Neftçi” sizin tam görmək istədiyiniz komandadır?

- Əlbəttə, xeyr. Biz üzərimizdə çox işləməliyik. Heç bir məşqçi tam razı qala bilməz.

- Bu gün limitə görə Maksim Vaylonu oynatdınız. Bu problem nədən qaynaqlanır?

- Bizdə 5 zədəli yerli futbolçu var. Baykoviç sözsüz ki, Vaylodan güclüdür. Amma onu qınamırıq. Çalışacağıq, gələn matçlarda da ona şans verək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail