Əmrah Çəlikəl: “Qarabağ”heç vaxt belə oyunlara getməyib”

10.02.2017 | 4596 dəfə oxunub

“2008-09 mövsümünü yaxşı xatırlayıram. Həmin vaxt Azərbaycan kubokunu futbolçuların əziyyəti sayəsində qazanmışıq”. Stadium.Az xəbər verir ki, bunu açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

“İnter”in sabiq futbolçusu İon Testimitsianu Moldova mətbuatına müsahibəsi zamanı 2008-09 mövsümündə Azərbaycan çempionluğunu və kubokunu bilərəkdən verdiklərini bildirib. 

Buna münasibət bildirən həmin mövsüm ölkə kubokunu qazanmış Ağdam klubunun rəsmisi Moldova millisinin sabiq məşqçisinin ittihamlarının əsassız olduğunu söyləyib:

“Mənim belə bir açıqlamadan xəbərim yoxdu, ilk dəfədi sizdən eşidirəm. Ancaq “Qarabağ” heç vaxt belə işlərə əl atmayıb. Bunun sübutu da var. Yəqin həmin insan özünə diqqət cəlb etmək istəyir. Bilmirəm, niyə belə açıqlama verib, mənə də maraqlıdı. Dediyiniz mühitdə bu, mümkün olan şey deyil. Nəinki həmin mövsüm, ümumiyyətlə, heç vaxt “Qarabağ” belə oyunlara getməyib”.

Azərbaycan Kubokunun finalında “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “İnter” ölkə çempionatında çempion “Bakı”dan 1 xal geri qalıb. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail