Güləş millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

16.02.2017 | 3720 dəfə oxunub

Sərbəst güləş üzrə millimizin İranın Kirmanşah şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi heyət bəllidir. Stadium.Az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov 16-17 fevralda baş tutacaq yarışa eksperimental heyətlə qatılmağı məqsədəuyğun sayıb. Artıq İranda olan yığmamızın sıralarında həm tanınmış güləşçilər, həm də debütantlar var:

Mahir Əmiraslanov, Georgi Ediraşvili (hər ikisi 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Maqomed Muslimov (65 kq), David Suynuçıxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov  (74 kq), Şərif Şərifov (86 kq), Aslanbek Alborov, Nurmaqomed Hacıyev (97 kq), Cəmaləddin Maqomedov.

Olimpiya çempionu Toğrul Əsgərovun qonşu ölkəyə yollanmamasının səbəbi açıqlanmır.

Seçməmiz Rusiya, ABŞ və Gürcüstanla A qrupunda mübarizə aparacaq. Öncə ruslarla gücünü sınayacaq millimiz ardından gürcüləri və amerikalıları sınağa çəkəcək. B qrupunda İran, Türkiyə, Hindistan və Monqolustan yer alıb.

Sərbəst güləş yığmamız iki dəfə Dünya Kubokunun qalibi olmağı bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail