AFFA-dan yan xətt hakiminə ağır cəza

16.02.2017 | 3544 dəfə oxunub

AFFA-dan hakimə 5 oyunluq cəza

Beynəlxalq dərəcəli hakim Zeynal Zeynalov Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında səhvlərə yol verdiyi üçün cəzalandırılıb.

Stadium.az "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O, yan xətt hakiminin qarşıdakı 5 görüşdən kənarda qalacağını açıqlayıb. Görüşün baş hakimi Əliyar Ağayev isə heç bir cəzaya məruz qalmayıb.

X.Məmmədovun fikrincə, FİFA referisi həmin görüşü yüksək səviyyədə idarə edib: "Baş hakim üçün epizodu görmək çətindirsə, o, laynsmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən, Zeynal Zeynalov ağır cəzaya məruz qalıb".

X.Məmmədov bildirib ki, artıq Premyer Liqa matçlarında səhvə yol vermiş hakimlər əvəzedicilərin çempionatına və ya I Divizionun oyunlarına təyinat almayacaqlar: "Bu ildən cəzaları ağırlaşdırmışıq. Əvvələr Premyer Liqada səhvə yol verən hakimləri formalarını itirməmək üçün əvəzedicilərin çempionatına və ya I diviziona göndərirdik. Daha belə hallar olmayacaq. Səhvə yol verənlər 5 oyunluq cəzalanacaqlar. Yəni, nöqsanı olan təxminən 1 ay kənarda qalacaq. Bunu da qonorara çevirəndə, 3 minə yaxın pul edir".

Zeynal Zeynalov "Qəbələ" ilə qarşılaşmanın uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurduğu epizodda qayda pozuntusunu qeydə almayıb. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Zeynal Zeynalovun dəfələrlə "qırmızı-qaralar"a qarşı qərəzli davrandığını açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail