"Qarabağ"ın qələbə seriyası bitdi

21.11.2011 | 5532 dəfə oxunub

Premyer Liqanın XIII turunda səfərdə "İnter"lə qarşılaşan Ağdamın "Qarabağ" klubu meydandan bir xalla ayrılıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu görüş komandalar arasında 29-cu görüş olub.

Buna qədər keçirilən görüşlərdə 12 qələbə qazanıb, 9 dəfə məğlub olan "Qarabağ"ın "İnter"lə bu dəfəki dueli bir sıra məqamlarla yadda qalıb.

"İnter" - "Qarabağ" görüşündə qeydə alınan qolsuz bərabərlik 8-ci heç-heçə kimi tarixə düşüb. Matçda qol vurulmaması eyni zamanda 10 ildən sonra bir ilkin yaşanmasına səbəb olub. 

Belə ki, "İnter" - "Qarabağ"ın oyununda tarixində ilk dəfə qol səsi çıxmayıb. Ümumiyyətlə, “İnter”in varisi olduğu “Xəzər Universiteti” ilə sonuncu dəfə 2000/2001 mövsümündə baş tutan oyununda qapılara yol tapılmamışdı.

2001-ci ilin martın 31-də Zabrat qəsəbə stadionundakı oyunla yanaşı, bir mövsüm öncə eyni ayda, eyni stadiondakı maçda da qol olmamışdı. Kubok matçlarını da hesaba almaqla baş tutan 35 oyunda cəmi 2 dəfə bu hal yaşanmışdısa, bir gün öncəki qarşılaşmada 3-cü oldu.

Oyunda qol vurulmasa da, “Qarabağ”ın “İnter”ə qarşı seriyası davam edir. Belə ki, komanda “bankirlər”ə qarşı məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdırdı. Düzdür, bakılılara qarşı 4 oyunluq qələbə seriyası qırıldı. Amma “Qarabağ” ardıcıl 5-ci matçda da qapısını toxunulmaz saxlaya bildi.

“İnter”lə oyunda qeydə alınan, eyni zamanda başqa ənənənin də davam etməsinin səbəbi olub. Belə ki, “Qarabağ” 2011-ci ildə 5-ci dəfə millinin toplanışdan sonra keçirdiyi ilk oyunda xal itkisi ilə qarşılaşdı. Bu 5 qarşılaşma - “Neftçi” (0:2), “Bakı” (0:0), “Sumqayıt Şəhər” (0:0), “Rəvan” (1:1), “İnter”lə (0:0) oyunlardır.

Maraqlıdır ki, milli toplanışından sonra “Qarabağ” 2011-də cəmi bir qələbə qazanıb ki, o da məhz “İnter”lə oyuna təsadüf edib. Ötən mövsüm Premyer Liqanın XXVIII turunda Adamiyanın 76-cı dəqiqəsində penaltidən vurduğu qolla qələbə qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail