Bahodir Nəsimov: "Neftçi"yə qarşı qərəzli mövqe göstərmək düzgün deyil"

21.11.2011 | 4838 dəfə oxunub

"Neftçi"nin futbolçusu Bahadır Nəsimov "Qəbələ" ilə oyun haqda danışıb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən özbəkistanlı hücumçu baş hakimin matçın son dəqiqələrində "Neftçi"nin lehinə penalti təyin etməsinə də münasibət bildirib:

"Neftçi" bu mövsüm ancaq hücum və açıq futbol oynayır. "Qəbələ" öz meydanında oynamasına baxmayaraq, demək olar ki, 90 dəqiqə müdafiəyə oturmuşdu. Doğrusu, "Qəbələ"nin doğma divarlar arasında belə qapalı futbol oynayacağını gözləmirdim. 

Bu günkü "Neftçi"nin qarşısını almaq üçün rəqiblərin yeganə yolu müdafiə futbolu oynamaqdır. Liderliyə yüksəlmək şansımızı əldən verdik. Amma çempionat mayda bitir. Çempionluq uğrunda mübarizəni davam etdiririk və itirilmiş xalların əvəzini mütləq çıxacağıq. Millidən zədəli döndüyüm üçün istənilən oyunu sərgiləyə bilmədim. 

Bu görüşdəki hakimliklə bağlı çox danışırlar. Oyunun əvvəlində Flavinyodan top alarkən, rəqib futbolçunu keçmək istədim, o isə bilərəkdən əllə oynadı. Hakim 11 metrlik cərimə zərbəsi verməli idi, amma vermədi. Əslində, hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi. "Neftçi"yə qarşı qərəzli mövqe göstərmək düzgün deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail