Tərlan Əhmədov: "Oyunçulara dedim ki, artıq mənə oyun yox, 3 xal verin"

27.02.2017 | 4071 dəfə oxunub

"Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq".

Stadium.az xəbər verir ki,, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Heyf ki, erkən qol həlledici oldu. Yaxşı oynasaq da, son ötürmələr dəqiq olmur. Yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi Taouil də soyuqqanlı futbolçudur.
 
- Vaqif Cavadovdan razı qaldınız?

- Vaqif ideal formasından çox uzaqdır. O, 30-40 faiz hazırdır. Amma Cavadovun təcrübəsi bizə kömək olacaq.
 
- Döyüşmək deyirsiniz, AZAL-ın üzvləri samuraydı, yoxsa futbolçu?


- Oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turda zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır. Hakimə nəsə deməyə çəkinirlər. Tounkaraya baxın. Zərbə alan futbolçu sonra qorxur. Biz büdcədə hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail