Hakim Əliyar Ağayev Gəncədəki qalmaqala aydınlıq gətirdi

01.03.2017 | 3667 dəfə oxunub

FİFA dərəcəli referi Əliyar Ağayevın 20-ci turun “Kəpəz” – “Qəbələ” matçında idarəçiliyi müzakirə mövzusuna çevrilib. Stadium.Az xəbər verir ki, “Kəpəz”in vurduğu qol, eləcə də qırmızı vərəqələrlə bağlı qərar futbol ictimaiyyətində, eləcə də sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı "CBC Sport"a danışan Əliyar Ağayev hər iki epizodu şərh edib. O, ilk olaraq "Kəpəz"in qolu ilə bağlı mübahisəli məqama aydınlıq gətirib.Sitat."Qoldan dərhal sonra köməkçim də məni əmin etdi ki, oyundankənar vəziyyət yoxdur. Matçdan sonra "CBC Sport" vasitəsilə yenidən qolun təkrarına baxdım. Açıq-aydın görünür ki, top ayaqdan çıxan anda hücumçu ilə müdafiəçi eyni xətdə idi."

Ağayev eyni zamanda Nicat Qurbanovla Nika Kvekveskirini niyə qırmızı vərəqə ilə cəzalandırdığını söyləyib."Kvekveskiri Nicata qarşı kobud çıxış etdiyi üçün ona sarı vərəqə göstərməyə hazırlaşırdım. Həmin anda Nika əli ilə Nicat Qurbanovun boyun nahiyəsindən itələdi. Nicat Qurbanov da aşkar şəkildə ona sillə vurdu. Hər ikisi aqressiv hərəkətə yola verdiyi üçün qırmızı vərəqə ilə cəzalandırdım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail