AFFA-dan "Qəbələ"yə sərt cəzalar və cərimələr

02.03.2017 | 4371 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda Premyer Liqanın XX turunun “Kəpəz” – “Qəbələ” matçında baş verənlərlə bağlı sərt qərarlar çıxarılıb.

Oyunun 38-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 2400 manat cərimələnib.

Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub.

“Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub.

“Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub 16 min manat cərimə olunub.

“Qəbələ” klubunun həkimi  Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail