Fatih Kavlak: "Komandada psixoloji gərginlik var idi"

22.11.2011 | 4745 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma azarkeşləri önündə son çempion “Neftçi”ni məğlub edən “Qəbələ” turnir cədvəlinin altıncı pilləsinə yüksəldi.

Stadium.az xəbər verir ki, Toni Adamsın yerinə “Qəbələ”yə baş məşqçi təyin olunan Fatih Kavlak ilk sınaqdan üzüağ çıxdı. PFL-in rəsmi saytına verdiyi açıqlamada türkiyəli futbol mütəxəssisi “Neftçi”ni məğlub etməklə komandanın üzərindəki psixoloji gərginliyin aradan qalxdığını bildirdi:

“Son turlar komanda stabil oyun nümayiş etdirə bilmirdi. Buna görə də futbolçular üzərində psixoloji gərginlik var idi. “Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Oyunun gedişində əldə etdiyimiz üstünlüyü sona qədər qoruya bildik və qalib gəldik. Həmin oyunda nəinki meydanda olan futbolçulardan, bütün komandadan çox razı qaldım. Çempionatda çıxış edən digər 10 komandadan soruşsaydılar ki, bu tur hansı komanda ilə oynamaq istəməzsiniz, onlar “Neftçi” və “Qəbələ” cavabını verərdilər. Çünki, “Neftçi” ondan əvvəlki turda lider “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazanmışdı və lənkəranlılar “Rəvan” ilə heç-heçə etdikdən sonra “Neftçi” tam gücü ilə oynayıb zirvəyə yüksəlməyə çalışacaqdı. “Qəbələ”də isə məşqçi dəyişikliyi olmuşdu, komanda üzərindəki psixoloji gərginliyi atmaq üçün qalib gəlmək istəyirdi”.

Fatih Kavlak “Neftçi” ilə oyunda əvvəllər mütəmadi şəkildə əsas heyətdə yer alan 4 futbolçunun oynamadığını vurğuladı: “Mən uzun müddətdir ki, “Qəbələ”də çalışıram. Ona görə də komanda ilə yaxından tanışam. Futbolçulardan kim formada olsa meydana çıxa biləcək. Klubumuzun baş meneceri Zaur Əzizov ilə tez-tez söhbət edirik. Təbii ki, biz də yeni transferlər haqqında düşünürük. Ancaq hansı mövqeyə oyunçu axtardığımızı açıqlamayacam. Çünki, bunu düzgün hesab etmirəm. Ola bilər ki, istədiyimiz oyunçunu tapa bilmərik və heç bir yeni transfer olmaz”.

“Qəbələ”nin yeni baş məşqçisi növbəti turda “Bakı” ilə qarşılşacaqları oyun haqqında da öz fikirlərini bildirdi: “Səfərdə ”Bakı” ilə oyun çətin olacaq. Bu oyuna da yaxşı hazırlaşmalıyıq. Çalışacağıq ki, “Neftçi” üzərində əldə etdiyimiz qələbədən sonra uğurların ardını da gətirək. Bir tur qalib gəlib, 2-3 tur məğlub olmaq həm “Qəbələ”nin heyətindəki futbolçuların gücünə, həm də hədəflərimizə uyğun deyil. 1-2 tur əvvəl “Bakı” ilə qarşılaşsaydıq, onlar bəlkə də bizə yuxarıdan baxa bilərdilər. Ancaq indi deyəcəklər ki, “Neftçi”ni məğlub ediblər, ona görə də daha yaxşı hazırlaşmalıyıq. Bu oyunun hər iki komandanın tam gücünü ortaya qoyacağı gərgin bir qarşılaşma olacağını düşünürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail