Ayxan Abbasov: "Qarabağ"a bilərəkdən xal verənə də..."

05.03.2017 | 4130 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Neftçi”ylə oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna ciddi hazırlaşmışdıq. Xal fərqinə baxsaq bizim üçün önəmli oyunlardan biri idi. Bərabərlik bizə sərf etsə də, qalib gəldik. Futbolçularıma təşəkkür edirəm. Qış fasiləsindən sonra komandamız xarakter nümayiş etdirir.

- Bu qələbə sayəsində "Zirə"nin 4-cü yerdə mövqeyini möhkəmləndirdi.
 
- Sona qədər bu tempi saxlasaq, mövsumu 4-cü yerdə başa vura bilərik. Təzyiq çox olacaq, amma buna dözməliyik. Bu, futboldur. Hər şey ola bilər.

- Komandanızın qarşısına avrokuboklara düşmək vəziifəsi qoyulub?

- Mənə bu vəzifə təklif ediləndə qarşıma məqsəd qoyulmuşdu ki, komanda ötənilki oyunu nümayiş etdirsin. Mən də bunun üçün çalışıram. Hər bir komanda avrokuboklara düşmək istəyər. Çalışarıq ki, maksimum xal götürüb vəsiqəni təmin edək.

- Oyunun gedişatında azarkeşlərlə aranızda nəsə mübahisə oldu...

- Azarkeşlər nalayiq ifadələr işlədirlər. Mən də futbolçularıma deyirəm ki, heç kimə cavab verməsin. Azarkeşlər çoxu deyir ki, "Qarabağ"ın ikinci komandasıyıq. "Qarabağ"a bilərəkdən xal verənə də, bu fikri uydurana da Allah lənət eləsin.

- Bu söhbətə son qoymaq üçün düşünmürsüz ki, 4-cü dövrədə "Qarabağ"a qalib gələsiz...

- Bugünkü söhbətlər istər-istəməz futbolçularda gərginlik yaradır. Hər bir oyunun videogörüntüsü var, gətirsinlər, göstərsinlər ki, hansı oyunu vermişik. Biz "Qarabağ"a qarşı oynayacağıq. Kim istəməz ki, qalib gəlməsin. Düzdü, oyunçular "Qarabağ”dan qorxurlar.  Ancaq bu, təkcə bizə aid deyil.

- Oyunçuların "Qarabağ”dan qorxduğunu dediniz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orda necə olacaq?

- "Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandır. Biz "Qarabağ”, "Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komandayla bizim aramızda heç bir yaxınlıq yoxdur. Dostluq, qardaşlıq başqa şeydir. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdur.

- Kamal Bayramovun oyunu belə deməyə əsas verirmi ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?

- Anar qırmızı vərəqəylə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidi. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail