Elxan Abdullayev: "Bunu açıqlamaq istəmirəm"

05.03.2017 | 4152 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 21-ci turunda “Zirə”yə 1:2 hesabı ilə uduzduqların oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- “Zirə”yə komanda şəklində uduzdunuz, yoxsa qapıçınız Vaylonun səhvlərinə görə?

- Hər kəsin günahı var. Təkcə Vaylonu günahlandırmaq istəmirəm. Fərdi olaraq kimdəsə səhv axtarmaq lazım deyil.

- Qış fasiləsində yenilənən “Neftçi” yenə də “Zirə”ni məğlub edə bilmədi...

- Düşünmürəm ki, zəif oynamışıq. Sadəcə, bizdə “Zirə” sindromu var. Bu sindromu da nə vaxt qıracağımızı bilmirik.

- Sizcə, “Neftçi”nin Avroliqada gedəcəyi yalnız kubokdakə nəticədən asılı olacaq, yoxsa çempionatda hələ şansınız qalır?

- Qarşıda 7 tur var. Hələ şanslarımız var. Kuboku da götürə bilərik. Alınsa, alınar. Çalışacağıq ki, maksimum xallar toplayaq və kubokda uğurlu oyun nümayiş elətdirək.

- Qış fasiləsindən sonra bir məşqçi kimi ən böyük səhvinizi nədə görürsünüz?

- Biz insanıq. Hər insanın səhvləri olur. Amma mən bunu açıqlamaq istəmirəm.

- Oyundan sonra Ayxan Abbasovla söhbətiniz oldu. Nə barədə danışdınız?

- Onu sadəcə təbrik etdim. Bir də soruşdum ki, Sanqara nəsə oldu, ya yox.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail