İslamiadada yarımfinal və final matçları təbii örtüklü stadionlarda keçiriləcək

08.03.2017 | 4649 dəfə oxunub

"AZAL Arena" IV İslam Həmrəyliyi Oyunlarında futbol matçlarının keçirilməsi üçün nəzərdə tutulan tələblərə uyğundur. Stadium.Az xəbər verir ki, bu barədə cavab olaraq IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən bildirilib.

Azərbaycan Premyer Liqasında çıxış edən əksər komandalar AZAL-ın ev oyunlarını keçirdiyi stadionun süni örtüyündən şikayətçi olsalar da, "Bakı 2017"nin Əməliyyat Komitəsində belə düşünmürlər. Bu səbəbdən, həmin meydanda təmir işləri aparılmayacaq. 

Komitə İslamiada çərçivəsində futbol yarışlarında qrup oyunlarının süni, yarımfinal və final qarşılaşmalarının təbii örtüklü arenalarda oynanılacağını açıqlayıb. Səbəb kimi təbii örtüklə müqayisədə süni örtüyün daha çox oyun keçirməyə davamlı olduğu göstərilib: "Qısa vaxt ərzində 12 oyunun keçiriləcəyi ilə əlaqədar qrup matçları süni örtüklü stadionlarda olacaq. Bununla da "Dalğa Arena" və Tofiq Bəhramov adına Respublika stadionunda təbii ot örtüyü qorunacaq, yarışların sonuna kimi onların yüksək səviyyədə qalması təmin ediləcək".

"Bakcell Arena"nın futbol qarşılaşmalarının keçiriləcəyi məkanlar siyahısına daxil edilməməsinin səbəbi isə Azərbaycan milli komandasının iyunun 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını bu stadionda qəbul etməsidir: "Bakının 8-ci km qəsəbəsindəki arenadan istifadə etməmək qərarı AFFA ilə tərəfdaşlığa uyğun olaraq verilib. "Bakcell Arena"da iyunun 10-da Azərbaycan - Şimali İrlandiya görüşü keçiriləcək".

Qeyd edək ki, 8 ölkənin 23 yaşadək kişi futbolçulardan ibarət komandalarının mübarizə aparacağı İslamiadanın final matçı Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. "Dalğa Arena" yarımfinal, "Azal Arena" və "Bayıl Arena" isə qrup mərhələsinin görüşlərinə ev sahibliyi edəcək. 8 may, 11 may və 15 mayda qrup, 18 mayda yarımfinal, 21 mayda isə final görüşləri keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail