"Böyük Dəbilqə" bitdi: Son gündə ızıln ikisi də əldən getdi - YENİLƏNİB

12.03.2017 | 3493 dəfə oxunub

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Stadium.Az xəbər verir ki, yarışın üçüncü günündə daha 5 dəst medal öz sahibini tapacaq.

Azərbaycan yığması 5 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunacaq.

Kişilər

90 kq

Cüdoçularımızdan Aslan Mirzəyev mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi qazaxıstanlı İslam Bozbayev olub. Təmsilçimiz ilk görüşdəcə məğlubiyyətlə üzləşib və çıxışını başa vurub.

Tural Səfquliyev də turnirə həmin mərhələdən qoşulub. O, braziliyalı Bruno Medonkaya qalib gələrək 1/4 finala adlayıb. Turalın rəqibi ukraynalı Quedjau Nhabali olub. Ukraynalı idmançı ilə mübarizədə üstün tərəf olan Səfquliyev yarımfinala yüksəlib. O, final uğrunda qazaxıstanlı İslam Bozbayevlə qarşılaşıb. Rəqibinə "qızıl xal"la uduzan Tural üçüncülük yarışında gürcü Uşanqi Marciani ilə üz-üzə gələcək.

***

Tural bu dəfə məğlub olaraq bürünc medal qazana bilməyib.

***

Məmmədəli Mehdiyev də komanda yoldaşları kimi ilk görüşünə 1/8 finalda çıxıb. İranlı Vahid Nuri ilə qarşılaşan Mehdiyev rəqibinə şans verməyib. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Uşanqi Marciani olub. Məmmədəli gürcünü də sıradan çıxarıb və yarımfinala adlayıb. Bu mərhələdə komanda yoldaşı Əbdülhəqq Rəsullu ilə rəqib olan Mehdiyev qalib gələrək finala yüksəlib. Finalda Mehdiyevin rəqibi qazaxıstanlı İslam Bozbayev olacaq.

 Məmmədəli məğlub olaraq qızıl əldə edə bilməyib.

***

Əbdülhəqq Rəsullu isə yarımfinala çıxmaq uğrunda estoniyalı Matias Kuusik ilə üz-üzə gəlib. Rəqibini "qızıl xal"la məğlub edən cüdoçumuz yarımfinala çıxaraq komanda yoldaşı Məmmədəli Mehdiyevlə rəqib olub. Əbdülhəqq komanda yoldaşına uduzub. Onun "bürünc" uğrundakı rəqibi ukraynalı Quedjao Nhabali olacaq.

***

Rəsullu bu dəfə də mığlub olaraq bürünc medal qazana bilməyib.


100 kq

Bu çəki dərəcəsində əsas medal ümidlərimizdən biri, Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov turnirə 1/4 finaldan başlayıb. O, ilk olaraq gürcüstanlı David Ozbetelaşvili ilə görüşüb. Rəqibinə şans verməyən Qasımov yarımfinala adlayıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədova qalib gələn Elmar finala çıxıb. "Qızıl" uğrunda Qasımovun rəqibi hollandiyalı Mişel Korrel olacaq.

Elmar bu görüşdə məğlub olub.


Ağır çəkidəki digər titullu cüdoçumuz Elxan Məmmədov da turnirə 1/4 finalla start verib. Elxan ilk olaraq estoniyalı Qriqori Minaşkinlə üz-üzə gəlib. Rəqibini yolundan kənarlaşdıraraq yarımfinala yüksələn cüdoçumuzun final yolundakı rəqibi komanda yoldaşı Elmar Qasımov olub. Olimpiadanın gümüş medalçısına məğlub olan idmançımız "bürünc" uğrunda yarışacaq. Məmmədovun üçüncülük uğrundakı rəqibi də komanda yoldaşı olacaq. Medal qazanmaq üçün Zelim Kotsiyevi məğlub etmək lazımdı.


Təmsilçimiz Zelim Kotsoyev isə yarışa ilkin mərhələdən qoşulub. Onun ilk rəqibi qazaxıstanlı Aybek Serikbayev olub. Rəqibinə qalib gələn Zelim növbəti görüşdə hollandiyalı Miçel Korrelə uduzub. Kotsiyev mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. O, bu mərhələnin ilk qarşılaşmasında belçikalı Toma Nikiforovu məğlub edib. Bürünc medal qazanmaq üçün Kotsiyev təcrübəli Elxan Məmmədova qalib gəlməlidi.

Bürünc uğrunda döyüşdə Elxan Məmmədov milliləşdirilmiş legioner Zelim Kotsoyevə qalib gələrək bürünc qazanıb.

Turnirə 1/8 finaldan başlayan digər idmançımız Sənan Əhmədov ilk görüşdəcə macarıstanlı Mikloş Ciryenkisə uduzaraq çıxışını başa vurub.


+100 kq

Ən ağır çəkidə mübarizə aparacaqlardan Ayxan Cəfərov 1/8 finalda gürcü Quram Tuşişviliyə uduzub və turnirlə vidalaşıb.

İki cüdoçumuz – Uşanqi Kokouri və Kənan Abdulxanlı arasındakı yarışın qalibi isə legioner olub. Uşanqinin növbəti rəqibi monqolustanlı Duurenbeyar Ulzibeyar olub. Uşanqi bu rəqibini də yolundan çıxarıb və yarımfinala adlayıb. Legioner idmançımız final yolunda həmyerlisi Quram Tuşişvili ilə qarşılşıb. Məğlub olan Uşanqi digər gürcü Onise Buqadze ilə "bürünc" üçün döyüşəcək.

Uşanqi Kokouri bu döyüşdə məğlub olaraq bürünc medal qazana bilməyib.

İsa Hüseynov da 1/8 finaldan start verdiyi turnirdə ilk olaraq Ukrayna təmsilçisi Stanislav Bondarenkoya məğlub olub.


Qadınlar

78 kq

Günel Həsənli 1/8 finalda braziliyalı Melina Skardua ilə üz-üzə gəlib. Cənubi amerikalı rəqibini yolundan kənarlaşdıran xanım təmsilçimiz daha sonra Qusye Stenhuisə uduzub. Mübarizəni təsəlliverici görüşdə davam etdirən Günelin rəqibi qazaxıstanlı Albina Amangəldiyeva olub. Bu rəqibi ilə bacarmayan Həsənzadə turnirlə vidalaşıb.

Mehriban İmamzadə isə ilk rəqibi digər “sambaçı” Samanta Soares uduzub və çıxışını başa vurub..

+78 kq

Qadınlar arasında ən ağır çəkidə yarışacaq yeganə təmsilçimiz Şəms Hacıyeva 1/8 finalda braziliyalı Kamila Yamakavaya uduzub və turnirlə vidalaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail