AFFA daha bir hakimi cəzalandırdı

13.03.2017 | 3687 dəfə oxunub

AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” - AZAL matçındakı qalmaqallı epizodla əlaqədar tədbir görüb.

Stadium.Az xəbər verir ki, bu barədə komitənin sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, Gəncədə keçirilən qarşılaşmada AZAL-ın futbolçusu Alamadine Omega Robertsin meydan sahiblərinin oyunçusuna qarşı aqressiv davranışı səbəbindən cəzasız qalmasının məsuliyyəti referi Orxan Məmmədovun üzərinə düşür: 

"Burada səhv baş hakimdədir, epizodu gözdən qaçırıb. Yan xətt hakimi Mübariz Haşımovun günahı yoxdur. Orxan Məmmədov cəzalanıb. Lakin cəzanın nədən ibarət olduğunu açıqlamaq istəmirəm".

AFFA İntizam Komitəsi “Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra A.Robertsin rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən, liberiyalı futbolçu 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib. Eləcə də, görüşün hakimi haqqında lazımi ölçü götürüb, komitənin məlumatlandırmasına dair qərar verilib.

Adətən AFFA Hakimlər Komitəsi ciddi səhvlərə yol verən ədalət təmsilçilərini 5 oyunluq cəzalandırır. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail