AFFA Türkiyəli futbolçunu yalançı adlandırdı

14.03.2017 | 3481 dəfə oxunub

AFFA Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sərcan Kayaya millimizdə oynaması ilə bağlı təklif göndərməsi barədə xəbərləri təkzib edib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıqlamasında bildirib ki, belə bir söhbət olmayıb: 

“Onunla danışıqlar aparılmayıb. Ümumiyyətlə, elə bir futbolçu tanımırıq və bu oyunçunu milliyə dəvət etmək fikrində deyilik”.

Dünən Türkiyə mətbuatına açıqlamasında Sərcan Kaya milli komandamızdan təklif aldığını açıqlayıb.

28 yaşlı yarımmüdafiəçi AFFA-dan aldığı təklifi qəbul etdiyini deyib: “Anamın atası azərbaycanlıdır. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Mən də getməyi düşünürəm. Keçmişdə Türkiyə millisinin aşağı  yaş qruplarında oynamışam, əlimdən gələni  etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm”.

Kaya 2013-cü ildə də millimizdən dəvət aldığını açıqlamış və təklifi qəbul etməmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail