Mirbağır İsayev: "Mən Gəncəyə başqa ölkədən gəlməmişəm"

23.11.2011 | 7676 dəfə oxunub

“Kəpəz” klubunun yeni baş məşqçisi Mirbağır İsayevin müsahibəsi:

Artıq komanda ilə tanış olmusunuz. Təəssüratlarınız necədir? 
- Klubun prezident Elmir Əliyev məni komandaya təqdim edib. Dünən keçirilən məşqi izləmişəm.

Məşqə kim rəhbərlik edib? 
- Əvəzedici heyətin məşqçisi Mehman Hacıyev. Bu gündən etibarən isə komandaya özüm rəhbərlik edəcəyəm.

Rəhbərlik qarşınıza konkret hansı məqsədləri qoyub? 
- Hamıya məlumdur ki, Gəncə futbol şəhəridir. Rəhbərlik edəcəyim komanda bu şəhəri təmsil edir. Burada həmişə futbol olub, olacaq da. Əsas məqsəd Gəncənin adını layiqincə təmsil etməkdir. Biz bu şəhərin adını qaldırmalı, gücümüz çatan işləri həyata keçirməliyik.

İndiyədək ancaq gənc futbolçularla işləmisiniz. Siz daha çox aşağı yaş qrupu üzrə komandalardakı fəaliyyətinizlə seçilirsiniz. “Kəpəz”də də bu strategiyanı qoruyacaqsınız? 
- “Kəpəz”in heyətində Gəncə futbolunun yetirmələrini də görəcəksiniz. Sadəcə, bütün bunları həyata keçirmək üçün zaman lazımdır.

İndiki heyətlə bağlı nə deyə bilərsiniz: Xüsusi rəğbət bəslədiyiniz oyunçu varmı? 
- Mən komandanı təzə qəbul etmişəm. Heyətdə olan bütün futbolçulara rəğbətlə yanaşıram. Kimisə kimdən ayırmaq, fərqləndirmək fikrim yoxdur. Əgər onlar bir komandanı təmsil edirlərsə, onlara eyni gözlə baxmaq lazımdır.

Komandanı növbəti turun “Turan”la oyununa siz çıxaracaqsınız. Yəqin ki, debütdə qələbədən başqa hansısa nəticə sizi qane etməyəcək... 
- Bilirsiniz ki, hər iki komanda qərb bölgəsini təmsil edir. Odur ki, “Turan” – “Kəpəz” oyunu derbi əhəmiyyəti daşıyır. Çalışacağıq ki, doğma divarlar arasında keçirilən görüşü 3 xalla başa vuraq. Bu gün “Turan” gənc futbolçularla oynayırsa, bu fakt bir növ rəqib komandanın qələbəsidir.

“Abşeron” klubundakı fəaliyyətiniz müəyyən səbəblərdən yarımçıq qaldı. İddialarınızı “Kəpəz”lə həyata keçirə biləcəksinizmi? 
- Əlbəttə ki, müəyyən iddialar mövcuddur. İndiki vəziyyətdə isə bütün diqqətlər növbəti tura yönəlib. Bizim üçün bu qarşılaşmanın əhəmiyyəti olduqca çoxdur. Çox danışmaqdansa, çox işləmək lazımdır.

“Kəpəz”in böyük azarkeş ordusu var. Komandanın baş məşqçisi postuna məhz sizin gətirilməyiniz Gəncədə necə qarşılanıb? 
- Mən Gəncəyə başqa ölkədən gəlməmişəm. Hamımız azərbaycanlıyıq. Eyni məqsəd üçün çalışırıq. Gəncə Azərbaycanın ən yaxşı yerlərindən biridir. Onları məni necə qarşılamağından asılı olmayaraq, mən azarkeşləri yaxşı qəbul edib, hörmət də bəsləyəcəyəm.

Siz bu postda Gəncənin ən uğurlu məşqçisi Mehman Allahverdiyevi əvəzləmisiniz. Təyinatınızdan sonra onunla danışmısınızmı? 
- Mənə dəvət gələndə öncə Mehman Allahverdiyevlə danışıb, halallıq alıb, ardından “Kəpəz”lə görüşmüşəm.

- Maraqlıdır, istefa verən məşqçi xələfinə nə dedi?
- Mənə ürək sözlərini çatdırdı. Halallıq verdi. Bunu özündən də soruşa bilərsiniz.

Müqavilənizin müddəti artıq dəqiqləşibmi? 
- Bəli. Müqaviləyə əsasən mövsümün sonuna qədər kluba rəhbərlik edəcəyəm. İndiyədək məni heç bir yerdən qovmayıblar. Gedəndə də, özüm getmişəm. Əgər məşqçi nəticə vermirsə, özü getməyi bacarmalıdır.

“Kəpəz” Premyer Liqada ilk klubunuz olacaq... 
- Sözsüz ki, bu ağır, çox ağır yükdür. Amma eyni zamanda, şərəfli yükdür.

Fəaliyyətiniz əsasən aşağı yaş qrupları ilə bağlıdır. Elitada ilk vaxtlar təcrübəsizlik olacağından çəkinmirsiniz? 
- Uşaqla işləmək daha çətindir, nəinki peşəkar futbolçu ilə. Peşəkar futbolçular daha səlist başa düşür ki, onlardan nə tələb edirsən. Sevinirəm ki, mən birdən-birə Premyer Liqa klubunun məşqçisi olmamışam. Bu mərhələyə pillə-pillə qalxmışam. Bu gün də Allah qismət edib ki, mən Gəncə kimi şəhərin təmsilçisinin baş məşqçisi olmuşam. Klub rəhbərliyi, futbolçular azarkeşlər əl-ələ verib “Kəpəz”i yüksək pillələrə qaldırmalıyıq.



  #1   Adınız: raul gÉ™ncÉ™li;   E-mail: [email protected]

24.11.2011 10:36

hörmətli mirbagır məəlim sizə xoş gəlmisiz deyirəm ama klubun
məşqcisi ola ola gəlməyiniz ən azından yaxşı olmadı aylarca
hazırladıgınız senarini həyata kecirdiz bunu Kəpəz azarkeşləri
qəbul etməyəcək cünki bizim daimi məşqcimi Mehman məllim olub
ama siz cox acınacaqlı vəzyətdəsiz Elmir kimi prizdenti olan
elədə məşqcisi olar ceyhunada halaldı sizi kamandaya gətirdi.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail