Ağabala Ramazanov: "Bu sualı məşqçiyə ünvanlasanız, daha yaxşı olar" - MÜSAHİBƏ

14.03.2017 | 2978 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Ağabala Ramazanov Premyer Liqanın 22-ci turunda AZAL-la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Hər oyuna hazırlaşdığımız kimi, bu matç da tam ciddi hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün sevinirik.

- Düşünmürsən ki, “Qarabağ”ın oyunu son zamanlar alınmır?

- Deməzdim ki, oyunumuzda eniş var. Hər matça ciddi hazırlaşırıq. Bu gün də qol epizodundan başqa bir neçə real imkanlarımız oldu. Məncə, bu sualı məşqçiyə ünvanlasanız, daha yaxşı olar.

- “Qarabağ”a tam uyğunlaşdığını düşünürsən?

- Bura gələndə çətinlik çəkmədim. Çünki hamını demək olar ki, tanıyırdım. Millidə də birgə oynamışam. Uşaqlığımdan tanıdığım oyunçular da var idi. Ümumi olaraq, çətin olmadı.

- “Qarabağ”la “İnter” fərqli oyun oynayırlar. Sistemə öyrəşmisən?

- “İnter” 5, “Qarabağ” isə 4 müdafiəçi ilə oynayır. Çətinlik çəkmirəm.

- Hücumda bir qədər zəif olmağınız səbəbi Dani Kintananın yoxluğu ola bilərmi?

- Əlbəttə, Kintana bizim üçün önəmli futbolçudur. Onun yoxluğu hiss olunur.

- Milli komandanın Qətərlə matçı necə keçdi?

- Heç oyunun icmalına mən də baxmamışam. Ansi Aqolli də demişdi ki, Qətər – Albaniya yoldaşlıq görüşü də qaoalı şəraitdə keçib. Qolları heç mən də görməmişəm (gülür).

- Millimiz martın 26-da DÇ 2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu oyunda yığmadan nə gözləmək olar?

- Almaniya ilə oyuna tam ciddi hazırlaşacağıq. Asan rəqib deyil. Dünya çempionuna qarşı mübarizə aparacağıq. Əl-qolumuzu sallamayacağıq ki, Almaniya bizə 4-5 qol vursun. Sona qədər mübarizə aparacağıq.

- Fərdi keyfiyyətlərdən istifadə etməyi sevən oyunçusan. Qarşında isə dünyanın ən güclü müdafiəçiləri olacaq. Onlara qarşı driblinqlərdən istifadə edəcəksən?

- Bizdə elədir ki, hücumçu öndə sərbəst olmalıdır. İrəli xətddə sərbəst davranmağı Robert Prosineçki tapşırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail