Ayxan Abbasov: "Bunun öhdəsindən gəlməyi bacardıq”

20.03.2017 | 4252 dəfə oxunub

"Qarabağ”a qarşı oynamaq çox çətin idi. Amma rəqibi analiz etmişdik və matça ciddi hazırlaşmışdıq. Futbolçularıma rəqibi sıxmağı tapşırmışdım və bunun öhdəsindən gəlməyi bacardıq”.

Stadium.az xəbər verir ki,, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 23-cü turunda “Qarabağ”a qarşı oyundan (0:0) sonra bildirib.

- Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Futbolçularımızın sona qədər  mübarizə aparmağı çox sevindirici idi. Qarşıda fasilə var və bundan istifadə edib, daha yaxşı olmağa çalışacağıq.

- Bu gün komandanız çox istəkli idi. Bunu “Neftçi”nin turnir cədvəlində sizə yaxınlaşması ilə əlaqələndirmək olar?

- Mən əvvəl də demişəm ki, çempionatda mübarizə çox çətin olacaq. Bu gün məğlub olsaydıq, bizim üçün çətin olacaqdı. Futbolçularımda istək var və çalışacağıq ki, bunu sona qədər davam etdirək.

- Oyunun gedişində futbolçularınız bir-biri ilə mübahisə edirdilər...

- Bunu mübahisə kimi dəyərləndirmirəm. Komandamızda əsas məsələ intizamı qorumaqdır. Amma oyun zamanı bunlar olan şeylərdir.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin oyun haqda nə deyə bilərsiniz?

- Bizim üçün bütün oyunlar eynidir. “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq. Bütün oyunlarda olduğu kimi, “Qəbələ” ilə oyuna da qələbə üçün çıxacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail