Renat Dadaşov millimizdən imtina edir?

29.03.2017 | 4994 dəfə oxunub

Almaniyanın Ayntraxt klubunun U-19 komandasında çıxış edən Renat Dadaşovun millimizi seçməsi az qala hər gün bu ölkədə müzakirə olunur. Stadium.Az xəbər verir ki, almanlar bu dəfə daha bir iddia irəli sürüblər.

Belə ki, onlar Renatın millimizdən imtina edəcəyini yazıblar. Buna səbəb isə onun Almaniyaya qarşı oynaya bilməməsi səbəb göstərilir.

Almanlar belə yazır: “Renat milli komanda məsələsini valideynləri ilə yenidən müzakirə edəcək. O, karyerasını peşəkar şəkildə yaşamaq istəyir. Bütün bunlar belə bir sual ortaya çıxarır: Renat Dadaşov qərarını dəyişir? Bundestimə də qapını hələ bağlamayıb. Azərbaycan millisində debüt etmədiyi üçün seçimini dəyişmək şansı davam edir.

Ayntraxt”ın baş məşqçisi Niko Kovaç gənclərlə çalışmağı sevir. Renatın da perspektivli futbolçu olduğunu yaxşı bilir və onu əsas heyətə cəlb etməyi düşünür. Yaxın müddətdə Dadaşovun “Ayntraxt”ın əsas komandasına qoşulması təəccüblü olmaz”.

Bir neçə gün əvvəl isə “Bild” nəşri 19 yaşlı hücumçunun 1 milyon avro və ev qarşılığında Azərbaycan millisini seçdiyini yazmışdı.

Renat Dadaşov Almaniyanın U-17 yığmasında keçirdiyi 15 oyunda 13 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail