Zaur Svanadze: "İkinci qolu rəqibə hədiyyə etdik"

30.03.2017 | 2978 dəfə oxunub

“İlk hissədə yaxşı oynadıq. Bir neçə qol epizodlarımız oldu. Onlardan birində də rəqib qapısına yol tapdıq”. Stadium.Az xəbər verir ki,  bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Gürcü mütəxəssis fasilədən sonra komandasının zəif oynadığını bildirib: “Fasilədən sonra zəif çıxış etdik. İkinci qolu rəqibə hədiyyə etdik. 1:2-dən sonra komanda sanki sındı. Belə vəziyyətdə “Qəbələ” kimi komandaya qarşı mübarizə aparmaq çətin idi. Eləcə üçüncü qol da rəqibə hədiyyə idi. Artıq növbəti oyunları düşünməliyik”.

Svanadze müdafiəçilərdən razı qalmadığını qeyd edib: “Bu məğlubiyyətdən sonra finala yüksəlmək şansımız çox deyil. Lakin sona qədər mübarizəmizi davam etdirəcəyik. Səfərdə işimiz çox çətin olacaq. İlk yarıda müdafiəçilər pis təsir bağışlamadılar. Amma sonradan kobud səhvlər buraxdıq. Bu gün heyətlə bağlı da problemlərimiz var idi. Ehtiyat oyunçular skamyasına baxanda demək olar ki, heç kimi görmürsən. Mövsümü eyni heyətlə keçiririk. Uşaqlar yorulublar. Qış fasiləsindən sonra komanda zəifləyib. İki aparıcı futbolçunun gedişi bizə mənfi təsir göstərib”.

“İnter”in çalışdırıcısı Zurab Xizanaşvilinin bu gün start heyətindən kənarda qalmasını onun son məşqlərdən bir neçəsini kənardan izləməklə əlaqələndirib.

Svanadze yeni mövsümdən “İnter”i Mahmud Qurbanovun çalışdıracağı haqda iddiaları da cavablandırıb: “Bu barədə məlumatsızam. Mətbuatda yazılanlardan xəbərsizəm. Bizim məqsədimiz avrokuboklara vəzisə qazanmaqdır. Sonra necə olacağını isə zaman göstərcək. Komanda kimi mən də yorulmuşam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail