Elxan Məmmədov: “Biz Avropadan öyrənə-öyrənə hər şeyi yenidən qurduq"

31.03.2017 | 2377 dəfə oxunub

“Biz federasiyaya gələndə heç bir müvafiq struktur yox idi. Nə çempionat normal baş tuturdu, nə də uşaq liqaları var idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov İnsideworldfootball.com  saytına açıqlamasında deyib.

O, AFFA-nın son dövrlər gördüyü işlərdən danışıb: “Biz Avropadan öyrənə-öyrənə hər şeyi yenidən qurduq. FİFA-nın tövsiyələri əsasında qadın futboluna diqqət ayırdıq. FİFA U-17 qadınlar arasında dünya çempionatını təşkil etdik. U-17 kişilər arasında Avropa çempionatına ev sahibliyi etdik. Bunlar hamısı inkişafdan xəbər verirdi. İndi bizdə 8000 qeydiyyatda olan futbolçu var. 18 yaşına qədər futbolçular arasında bütün liqalar mövcuddur. Əvvəllər Azərbaycanda siyasi və sosial problemlər çox idi. Bu səbəbdən futbol prioritet sayılmırdı. 2004-cü ildə futbolun inkişafına dair proqramların ilk mərhələsi başladı. 2017-ci ildə isə 2021-ci ilə qədər olan 5 illik inkişaf proqramı start götürüb”.

Bakı Olimpiya Stadionundan da danışan E.Məmmədov paytaxtımızın “Avro-2020”nin bəzi oyunlarına ev sahibliyi edəcəyi haqda məlumat verib: “Bizdə indi bütün klubların öz stadionu var. Ən böyük arena isə 68 minlik Bakı Olimpiya Stadionudur. Hansı ki, bu arena Avropa Liqası və ya Çempionlar Liqasına ev sahibliyi edə bilər. Bilirsiniz ki, Bakı 2020-ci il də baş tutacaq Avropa çempionatının final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək. 10 milyonluq ölkə üçün bu böyük futbol hadisəsidir. Bu, idman növünün sevilməsinə çox təsir göstərəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail