Roman Qriqorçuk: "Qarabağ”a qalib gəlməli və..."

02.04.2017 | 2992 dəfə oxunub

Bu gün Azərbaycn Premyer Liqasının 24-cü turunun oyununda “Qəbələ” doğma meydanda “Zirə”ylə 1:1 hesabılı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk  qarşılaşma barədə belə danışıb:

“Oyun haqda fikir bildirmək çətindir. Aydın məsələdir ki, bu qarşılaşmada bizə nəticə, 3 xal qazanmaq lazım idi. Biz bunu bacarmadıq. Lakin futbolçuları qınamaq çətindir. Birinci hissədə 5-7 dəqiqə düzgün oynamadıq və rəqib qısa müddət topa nəzarət etdi. Bu anlar istisna olmaqla böyük üstünlük bizdə idi. Yaxşı oynadıq. Amma yenə vurmalı olduğumuz qolları rəqib qapısından keçirə bilmədik. Az qol vuranda və imkanlardan istifadə edə bilməyəndə qələbə qazanmaq imkanından məhrum olursan. Bunu arxada qoyub, yolumuza davam etməliyik. Bugünkü görüşün nəticəsindən asılı olmayaraq, qarşıdakı görüşlərdə, hər oyunda qalib gəlməliyik. Aydındır ki, turnir cədvəli baxımından işimizi çətinləşdirdik. Bu matçadək hər şey öz əlimizdə idi.

Amma indi biz “Qarabağ”a qalib gəlməli və onların daha bir dəfə büdrəməsini ümid etməliyik. Əgər özün qalib gəlmirsənsə və bugünkü kimi matçlarda qələbə qazana bilmirsənsə, qızıl medal əldə etmək vəzifəsi çox çətinləşir. Belə matçları isə udmamaq olmaz. Biz isə qalib gələ bilmədik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail