Tahir Süleymanov: "80-yaşlı köklü klubun borcudur ki, daimi nəticələr göstərsin və azarkeşlərini sevindirsin"

04.04.2017 | 4503 dəfə oxunub

“UEFA-nın lisenziyalaşdırma tələblərindən biri azarkeşlərlə iş üzrə rəsmi klub koordinatorunun olmasıdır. Bu, ştatlı vəzifədir. Mövsümə 15-16 legioner dəvət edən və Avropaya can atan klub bunları nəzərə almalıdır. "Neftçi" kimi köklü klubdan isı deyirlər ki, “belə bir vəzifəyə ehtiyacımız yoxdur”. Bu, klubun azarkeş-fanata verdiyi əsl "dəyər"dir”.

Stadium.Az xəbər verir ki, bu sözləri  açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib. O, komandanın bəzi fanatlarının ötən bazar günü “Sumqayıt”la oyunda səsləndirdiyi “istefa” şüarına görə klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyevin tutduğu vəzifədən uzaqlaşdırmasını tənqid edib.

Tahir Süleymanov deyib: “Belə görünür ki, tarixi anti-rekordların fonunda indiki  "Neftçi"i  rəhbərliyinə azarkeşlərin stadiona gəlməsi sərf etmir. Hətta UEFA bayrağı altında keçirilən görüşlərdə digər klub rəsmiləri ilə yanaşı azarkeşlərlə iş üzrə koordinatorun da fəaliyyəti UEFA nümayəndəsinin nəzarətində olur və əlaqələndirilir”.

Bəs, azarkeşin səsləndirdiyi istefa çağırışına görə klubun nümayəndəsinin vəzifədən çıxarılması peşəkarlıq və mənəvi baxımdan nə dərəcədə doğrudur?

Tahir Süleymanovun bu suala cavabı belə olub: "Neftçi" xalqın, azarkeşindir, kimlərinsə şəxsi klubu deyil. Heç kim cibindən "Neftçi"yə sponsorluq etmir. 80-yaşlı köklü klubun borcudur ki, daimi nəticələr göstərsin və azarkeşlərini sevindirsin. 8 komandalı çempionatdın yekununa 4 tur qalmış 14 (!) məğlubiyyət alan kluba cavabdeh şəxslər "istefa" sözünü eşitmədən özləri getməlidirlər.

3 ilə yaxındır dağıdıcı təfəkkürlə "Neftçi" kimi klubu idarə edənlər futbolu, mənəviyyatı, azarkeşi deyil, ancaq özlərini düşünürlər.  Milyonlarla vəsaitin havaya sovurulmasına cavabı azarkeş-fanat deyil, "Neftçi"yə cavabdehlər verməlidir. Gede biabırçılığından sonra "Neftçi" tarixi uğurlar qazandığı dönəmdə belə mövsüm ərzində bu sayda legionerdən istifadə etməyib”.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə Qol.az saytına açıqlamasında bildirib ki, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevin işdən çıxarılmanın istefa şüarı ilə bağlılı yoxdur: “Buna səbəb həmin vəzifəyə ehtiyac duyulmamağıdır. Ona görə də işdən kənarlaşdırdıq”. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail