Millimiz dünya reytinqində 10-cudur

05.04.2017 | 2833 dəfə oxunub

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Stadium.Az xəbər verir ki, AVRO-2018-in bu ay keçiriləcək seçmə oyunları ərəfəsində siyahıda ciddi dəyişiklik olmayıb.

Buna səbəb son vaxtlar az sayda matçın baş tutması, xüsusilə də yoxlama görüşlərinin keçirilməsidi. Elə bu üzdən də planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb.

Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Lakin yığmamız aktivini 2 xal artırıb. Buna Biro Jadenin yetirmələrinin Moldova ilə 2 yoxlama oyununun nəticəsi səbəb olub. 6:1 və 3:2 hesablı qələbələr millimizin xal hesabını 1435-dən 1437-yə qaldırıb. Artıma baxmayaraq yığmamız hələ də planetin 10-cusudu.

Millimizin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərindən Macarıstan 1176 xalla 32-ci, Bosniya və Herseqovina 1113 xalla 38-ci, Albaniya 843 xalla 77-ci yerdə qalıb.

İlk “onluq”

1. Braziliya - 1916

2. İspaniya – 1889

3. Rusiya - 1763

4. Argentina - 1706

5. İtaliya - 1619

6. İran - 1595

7. Portuqaliya - 1570

8. Ukrayna - 1483

9. Qazaxıstan - 1451

10. Azərbaycan – 1437



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail