Qurban Qurbanov: "Qızıl medal uğrunda iki komanda yarışır"

06.04.2017 | 2983 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Finala çıxdığımız üçün azarkeşləri və komandamı təbrik edirəm. Hələ ilk oyundan sonra demişdim ki, cavab görüşü daha çətin olacaq. Sona qədər heç birimizdə rahatlıq olmadı. “Neftçi” bəlkə də, ən yaxşı oyununu göstərdi. Topla çox gözəl davranırdılar. Bu cür oynamaqda davam etsələr, istənilən rəqibə qalib gəlmək gücündədilər. Bir az yorğunluq var. Bu da normaldı. Çox az vaxtımız qalıb. “Qəbələ” ilə vacib oyunumuz var. Çalışacam futbolçulara həmin görüş öncəsi bir az istirahət verim.

- Demək olarmı ki, qızıl medalların açarı “Qəbələ” ilə görüşdü?

- Belə düşünmürəm. Mövsümboyu bir neçə dəfə yerlər dəyişib. Komandaların sayı azdı və görünən odu ki, qızıl medal uğrunda iki komanda yarışır. Bizim üçün rahat oyun olmayıb. Qələbə qazandığımız matçlarda da gərginlik hiss etmişik. Kənardan başqa cür görünə bilər. Çempionatın sonuna qədər gərginlik davam edir. Məğlub olsaq, fərq 1-ə enəcək. Çalışacağıq ki, bu, baş verməsin. Düşünmədiyimiz yerlərdə xallar itirmişik.

- “Qəbələ” ilə son vaxtlardakı oyunlarda söz-söhbətlər çox oldu. Bunu nəzərə alıb, istərdinizmi ki, finalda “İnter”lə düşərdiniz?

- Biz istəməklə deyil. “Qəbələ” ilə ilk dəfə finalda üz-üzə gələcəyik. Bəzi rəqiblər var ki, onlarla qarşılaşmaq istəmirsən. Onlardan biri də “Qəbələ”di. Bu gün biz də finala çıxmaya bilərdik. Bir tərəfdən maraqlı olacaq. Amma çətin keçəcək.

- Yığmanın oyunundan sonra Əfran İsmayılov çox tənqid olundu. Onun psixoloji durumu indi necədi?

- Normaldı. Hansısa oyundan sonra futbolçuları tənqid edirlər, tərifləyirlər. Əfranın təcrübəsi var. Tənqid olunmayan futbolçu yoxdu. Əfran bir az ruhdan düşmüşdü, yorğunluğu var idi. Amma hər şey normaldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail