"Neftçi"dən Elxan Abdullayevə dəstək bəyanatı

06.04.2017 | 4234 dəfə oxunub

Elxan Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusu ilə müqavilənin müddəti daha 1 il uzadılacaq.

Stadium.az xəbər verir ki, bu haqda “Neftçi”nin bugün yaydığı bəyanatda bildirilib.

Klubun saytının vasitəsi ilə yayılan açıqlamada bildirilir: “2016/2017-ci illər mövsümünün qış fasiləsində "Neftçi” PFK-nın heyətində köklü dəyişikliklər edildi. Komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir. Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha 1 il uzadılacaq. "Neftçi” PFK olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyini bildirir”.

Bəyanatda həmçinin bildirilir ki, son günlər müəyyən qüvvələr tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdləri aşkar hiss olunmaqdadır: “Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq.

Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərininin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. "Neftçi” PFK olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, "Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər.

Bir daha bildiririk ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub. Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək”.

Dünən baş məşqçi Elxan Abdullayev “Forza Neftçi” azarkeş qrupunun üzvlərini “xuliqan” adlandırıb. Bu isə fanatların etirazına səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail